Press "Enter" to skip to content

SOCAR-da bp qrupunun baş icraçı direktoru ilə görüş

Bayraqdar.info – Noyabrın 11-də SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev bp qrupunun baş icraçı direktoru Bernard Luninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xəbər bayraqdar.info-ya SOCAR-dan daxil olub.

“Prezident İlham Əliyevin bp nümayəndələri ilə görüşünün əhəmiyyətini vurğulayan R. Abdullayev, iki şirkət arasında əlaqələrin müsbət dinamikasından söz açıb. Görüşdə bir sıra birgə layihələrin daha da sürətləndirilməsi ətraflı müzakirə edilib. Mövcud yataqların dayanıqlı şəkildə işlənməsini təmin etmək, yeni yataqların kəşf olunması istiqamətində birgə səyləri, eləcə də hər iki şirkətin pay sahibi olduğu boru kəmərlərinin istismarını səmərəli şəkildə davam etdirmək kimi məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

“Görüşdə bildirilib ki, Cənub Qaz Dəhlizi kimi olduqca mürəkkəb və nəhəng bir layihənin SOCAR və bp şirkətləri tərəfindən vaxtında, yüksək keyfiyyətlə və smetadan aşağı qiymətə tamamlanması beynəlxalq miqyaslı bir nümunə kimi qiymətləndirilib.” Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.