Press "Enter" to skip to content

Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni – YENİLƏNDİ

Bayraqdar.info – “Tarixi qərarlara imza atacağımız Zirvə görüşünün ölkələrimiz və bütün insanlar üçün xeyirli-uğurlu olmasını diləyirəm”.

Bu fikirləri Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Türk Keneşinin İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib.

R.T.Erdoğan “Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin liderliyi ilə Qarabağın 30 illik işğalına 44 günlük qısa zaman kəsiyində son qoyuldu.

“Bu, sadəcə azərbaycanlı qardaşlarımız deyil, bütün türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edir. Vətən müharibəsi nəticəsində illərdir həyata keçirilməyən BMT Təhlükəsizlik Şurasının qərarları icra olunub. Azərbaycan bu şəkildə beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk edib. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini inkişaf etdirib. Can Azərbaycana həyata keçirdiyi uğurlu işlərə görə təşəkkür edirəm”, – deyə vurğulayıb.

Daha sonra R.T.Erdogan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim edib.

Əlavə edək ki, tədbir canlı efirdə yayımlanıb.

Mission News Theme by Compete Themes.