Bayraqdar.info – Animasiyadan söhbət açarkən, Latviya bütün dünyada vizual povest üslubu və animasiya müəllifləri ilə tanınan super gücə malik kiçik bir ölkədir.
Xəbər bayraqdar.info-ya “Park Cinema”dan verilib.
Bu il Latviya Respublikasının Bakıdakı Səfirliyi “Park Cinema” ilə birgə əməkdaşlıqla Azərbaycanda ilk dəfə olaraq “Kiçik bir millət – böyük Animasiya” adlı Festival təşkil edir.
Festivalın açılışı 15 noyabr bazar ertəsi saat 19:00-da “Park Cinema”da (Flame Towers) olacaq.
Açılış günü Vladimir Leşçiovun aşağıdakı filmləri nümayiş olunacaq:
“Elektrikçinin Günü”
“Yeni ili gözləyirik”
“Yağışlı Günlər”
“Qanadlar və Avarlar”
Latviya animasiyaları həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub.
Festival noyabrın 21-dək hər gün 2 seansla davam edəcək.
Festival çərçivəsində 16 noyabr saat 15:00-da “Park Cinema”-da Vladimir Leşçiov tərəfindən ustad dərsi təşkil olunacaq. Park Cinema Instagram səhifəsində Air Baltic-dən 2 bilet və “Park Cinema”- dan 2 bilet qazanmaq üçün müsabiqə açıq elan edilib.