Press "Enter" to skip to content

Mikayıl Cabbarovla Mehmet Muş arasında görüş

Bayraqdar.info – Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Mehmet Muş arasında görüş keçirilib. Görüş İstanbulda keçirilən “Türkiyə – Türk dövlətləri: İqtisadiyyat və Ticarət Konfransı” çərçivəsində baş tutub.

İqtisadiyyat Nazirliyindən noyabrın 12-də bayraqdar.info-ya verilən məlumata görə, nazir M.Cabbarov ölkələrimiz arasında yüksək səviyyəli strateji əməkdaşlığı, qardaş Türkiyə ilə möhkəm dostluq və tərəfdaşlıq əlaqələrini, Türkiyənin ölkəmizə daimi siyasi və mənəvi dəstəyini vurğulayıb.

Bildirilib ki, Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış və aprelin 1-dən qüvvədə olan Preferensial Ticarət Sazişi ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə əlavə imkanlar yaradır. Türkiyə iş adamlarının Azərbaycana sərmayə yatırmaq marağının artması sevindiricidir və Azərbaycan bu sahədə Türkiyə şirkətlərini dəstəkləyir.

Türkiyənin ticarət naziri Mehmet Muş ölkələrimizin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb. O, iqtisadi-ticarət əməkdaşlığının inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

“Görüşdə nəqliyyat-tranzit, sənaye, özəl sektorvə digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri qeyd olunub, iqtisadi tərəfdaşlığın gücləndirilməsi, bu ilin dekabrında Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun keçirilməsi, azad olunmuş ərazilərdə həyata keçirilən layihələrdə Türkiyə şirkətlərinin fəal iştirakıbarədə müzakirələr aparılıb” , – deyə, məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.