Press "Enter" to skip to content

KKTC-nin 38-ci ildönümü mərasim və tədbirlərlə qeyd olunacaq

Son yeniləmə: 11 Noyabr 2021 22:44

Bayraqdar.info – Noyabrın 15-də Kuzey Kıbrıs Türk Cumhuriyyətinin (KKTC) elan olunmasının 38-ci ildönümü tamam olur. Hər il olduğu kimi bu il də sözügedən tarix KKTC-də, bütün ölkəboyu mərasim və tədbirlərlə qeyd olunacaq.

KKTC mediasının məlumatına görə, 15 noyabr – Cümhuriyyət Bayramı proqramı bazar günü saat 12:00-da Cümhurbaşqanı Ersin Tatarın Bayrak Radio və Televiziyasında bayramı münasibəti ilə çıxışı və 21 dəfə top atışı ilə başlayacaq.

Həmin gün saat 15.00-da Kıbrıs türk xalqının azadlıq mübarizəsinin lideri Dr. Fazıl Küçükün Anıt Məzarı ziyarət olunacaq.

Daha sonra saat 15.30-da isə Qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşın Anıt Məzarı ziyarət olunacaq. Hər iki mərasimdə Cümhurbaşqanı Ersin Tatar məzar önünə əklil qoyacaq, bir dəqiqəlik sükut və İstiqlal Marşının oxunması ilə bayraqlar qaldırılacaq. Mərasimlər Cümhurbaşqanının Xatirə Xüsusi Kitabını imzalaması ilə yekunlaşacaq.

Keçən il olduğu kimi, bu il də keçiriləcək mərasim və tədbirlərdə COVID-19 tədbirləri çərçivəsində sosial məsafə və maska taxma qaydalarına əməl olunması zəruridir.

Məlumatda qeyd edilir ki, Cumhurbaşqanı Ersin Tatar Cümhuriyyət Bayramı təbriklərini 15 noyabr bazar ertəsi saat 09:00-da Cumhurbaşkanlığında qəbul edəcək: “Lefkoşada Atatürk Anıtı qarşısında mərasim bazar ertəsi saat 09.30-da, Dr. Fazıl Küçük Bulvarında rəsmi parad isə saat 10:00-da başlayacaq”.

Bildirilib ki, Cümhurbaşqanı Ersin Tatar, Türkiyə Cümhuriyyəti Cümhurbaşqanlığının nümayəndəsi, Türkiyə Silahlı Qüvvələrinin nümayəndəsi və Təhlükəsizlik Qüvvələrinin komandanı general-mayor Zorlu Topaloğlu Atatürk Anıtının önünə əklil qoyacaqlar. Sayğı duruşu və İstiqlal Marşının oxunmasından sonra bayraqlar qaldırılacaq. Mərasim Xatirə Xüsusi Kitabının imzalanması ilə yekunlaşacaq.

Dövlət Himninin oxunması ilə başlayacaq Dr.Fazıl Küçük Bulvarında keçiriləcək rəsmi paradda isə Türkiyə Cümhuriyyəti Cümhurbaşqanlığının nümayəndəsi və KKTC Cümhurbaşqanı Ersin Tatar çıxış edəcəklər.

Lefke və Erenköy gətirilən bayraqlar Cümhurbaşqanı E.Tatara təqdim edildikdən sonra mərasim xalq oyunlarının nümayişi, Türk Silahlı Qüvvələrinin Mehteran Birliyinin konserti və rəsmi paradla başa çatacaq.

Həmin gün KKTC-də digər şəhər, qəsəbə və kəndlərdə də çeşidli tədbirlər keçiriləcək.

Mission News Theme by Compete Themes.