Press "Enter" to skip to content

İstanbulda “Türkiyə – Türk dövlətləri: İqtisadiyyat və Ticarət Konfransı” keçirilib

Son yeniləmə: 12 Noyabr 2021 11:43

Bayraqdar.info – Noyabrın 11-də İstanbulda “Türkiyə – Türk dövlətləri: İqtisadiyyat və Ticarət Konfransı” keçirilib. Konfrans postsovet məkanındakı türkdilli dövlətlərin müstəqilliyinin 30-cu ildönümünə həsr olunub.

İqtusadiyyat Nazirliyindən noyabrın 12-də bayraqdar.info-ya verilən məlumata görə, tədbirdə türkdilli ölkələrin nazirləri, iş adamları, startapçılar iştirak ediblər.

“Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov tədbirin türkdilli dövlətlər arasında iqtisadi-ticarətəlaqələrinin genişləndirilməsi, nəqliyyat-tranzit,investisiya, “yaşıl” və dairəvi iqtisadiyyat, iqlim dəyişikliyinin qarşısının alınması, rəqəmsallaşma və müasir tələblərə cavab verən insan resurslarının formalaşdırılması üzrə tərəfdaşlığın inkişafı baxımından faydalı olacağını vurğulayıb. Postsovet məkanındakı türkdilli dövlətlərin müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbriklərini çatdıran iqtisadiyyat naziri əlaqələrin genişlənməsində ortaq tarix, mədəniyyət və dəyərlərin, ölkələrimizin təmsil olunduğu təşkilatların, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının önəmini qeyd edib. Bildirilib ki, Türk İnvestisiya Fondunun, Türk Ticarət Evinin yaradılması kimi təşəbbüsləriqtisadi-ticarət əməkdaşlığının inkişafına əhəmiyyətli töhfə verə bilər” , – deyə, məlumatda qeyd edilib.

Bildirilib ki, konfransda Azərbaycanın müstəqilliyinin bərpasından ötən dövrdə həyata keçirilən islahatlar, yaradılmış əlverişli investisiya və biznes mühiti, 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, müstəqillik illərində ölkə iqtisadiyyatına 300 mlrd. ABŞ dollarına yaxın investisiya yatırılıb ki, bunun da yarıdan çoxu xarici sərmayələrdir.

Cənubi Qafqaz iqtisadiyyatının təqribən 60 faizi Azərbaycanın payına düşür.Azərbaycanın Vətən müharibəsində böyük Zəfərini vurğulayan nazir azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, regional infrastruktur layihələrini qeyd edib. Vurğulanıb ki, Qarabağa böyük Qayıdış üçün həyata keçirilən işlər,Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradılması, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngəzur dəhlizi regiona biznes və investisiya marağını artırır, türkdilli dövlətlər üçün yeni əməkdaşlıq imkanları yaradır.

M.Cabbarov qeyd edib ki, Azərbaycan Qarabağda həyata keçirilən layihələrə dost ölkələrdən investisiya cəlb olunmasında maraqlıdır və türkdilli ölkələrin bu prosesdə birgə iştirakı ümumi gücümüzü artırmaqla, regional tərəfdaşlığı və stabilliyi daha da gücləndirəcək. Azərbaycan nəqliyyat-tranzit imkanlarının daha da artırılması istiqamətində məqsədyönlü iş aparır və türkdilli ölkələrlə bu sahədə qarşılıqlı faydalı tərəfdaşlıq önəm kəsb edir. Bu baxımından, Konfrans əhəmiyyətli platformadır.

Tədbir çərçivəsində panel iclaslar keçirilib, türkdilli ölkələr arasında ticarət, kiçik və orta biznes, investisiya, tranzit daşımaları sahəsində əməkdaşlığın inkişafı barədə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Konfransda Özbəkistanın Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov, Türkiyənin ticarət naziri Mehmet Muş,Qazaxıstanın milli iqtisadiyyat naziri Aset İrgaliyev, Qırğız Respublikasının iqtisadiyyat və ticarət naziri Daniyar Amangeldiyev,Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının prezidenti Nail Olpak, Türk Ticarət və Sənaye Palatasının prezidenti Rifat Hisarcıklıoğlu çıxış ediblər.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev isə Konfrans iştirakçılarına videomüraciət edib.

Mission News Theme by Compete Themes.