Son yeniləmə: 11 Noyabr 2021 22:20
Bayraqdar.info – “Heç bir kəsimin bosniyalı qardaşlarımıza problem yaratmasına icazə verməyəcəyik”.
balkannews.com.tr saytının məlumatına görə, bunu AK Partiya sədr müavini Efkan Ala “BalkaNA” YouTube kanalında müsahibəsində deyib. O, Bosniya və Herseqovinada baş verən son siyasi böhranı və Bosniya və Herseqovina ilə Türkiyə arasındakı dostluğu dəyərləndirib.
Müsahibəsində “Aliya İzzetbeqoviç, Hasan Cengic və onların dostlarının irəli sürdüyü ideya İslam dünyasında yeni bir keçidə səbəb oldu” deyən E.Ala Türkiyənin bölgədə sabitliyin pozulmasına qarşı olduğunu bəyan edib.
“Biz Bosniya və Herseqovinanın heç bir kəsiminin əziyyət çəkməsini istəmirik. Heç bir kəsimin də bosniyalı qardaşlarımıza əziyyət çəkdirməsinə icazə verməyəcəyik” , – deyə, o əlavə edib.
AK Parti sədr müavini deyib ki, Türkiyə hamının qazandığı siyasəti dəstəkləyir.
Xatırladaq ki, bosniyalı serb lider Milorad Dodikin son davranışları və “Bosniya və Herseqovina daxilində müstəqil bir Serb Respublikası” açıqlaması bu ölkənin suverenliyın qarşı bir təhlükə kimi dəyərlənidirilir.