Bayraqdar.info – Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin mütəxəssisləri tərəfindən çəyitkəkimilərin məskunlaşdığı ərazilərdə mütəmadi olaraq monitorinqlər həyata keçirilir.
Noyabrın 12-də Kənd Təsərrüfatı Nazirliyindən bayraqdar.info-ya bu barədə xəbər daxil olub.
Noyabrın 11-dək aparılan monitorinqlərin nəticələrinə əsasən, Ağstafa rayonunda 5 min hektarda müşahidə, 2 mni 950 ha-da sirayətlənmə, İmişli rayonunda 4 min 271 ha-da müşahidə, 136 ha-da sirayətlənmə, Ağdamda 270 ha-da müşahidə, 54 hektarda sirayətlənmə, Tovuzda 2 min 229 ha-da müşahidə, Xocavənddə 220 ha-da müşahidə, 50 ha-da sirayətlənmə aşkarlanıb. Həmçinin, Küdrü düzünün Saatlı və İmişli rayonlarının ərazisinə düşən hissəsinin 4 min 811 ha sahəsində müşahidə, 149 ha sahəsində sirayətlənmə aşkar olunub.
“AXA onu da qeyd edir ki, 2021-ci ilin sentyabr ayından bu günədək müxtəlif bölgələrdə çəyirtkəkimilərin küpələrinin payız müşahidələri ilə bağlı 13 min 648 hektarda müşahidə və 3 min 414 hektarda sirayətlənmə müəyyən olunub.
“AXA bildirir ki, bölgələrdə Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən çəyitkəkimilərin payız müşahidələri davam etdirilir.” Xəbərdə belə bildirilir.