Press "Enter" to skip to content

Azərbaycanın türkdilli ölkələrə qeyri-neft ixracı artıb

Bayraqdar.info – 2021-ci ilin 9 ayında Azərbaycanın türkdilli ölkələrə qeyri-neft ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artıb. Bu, ölkəmizin qeyri-neft ixracının 28 faizini təşkil edib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov noyabrın 11-də İstanbulda keçirilən “Türkiyə – Türk dövlətləri: İqtisadiyyat və Ticarət Konfransı”dakı çıxışında deyib.

Xatırladaq ki, konfrans postsovet məkanındakı türkdilli dövlətlərin müstəqilliyinin 30-cu ildönümünə həsr olunub.

İqtisadiyyat Nazirliyindən bayraqdar.info-ya noyabrın 12-də verilən məlumata görə, nazir həmçinin, indiyədək Azərbaycan iqtisadiyyatına türkdilli ölkələr tərəfindən 13,3 milyard ABŞ dolları həcmində investisiya yatırıldığını bildirıb.

Vurğulanıb ki, türkdilli ölkələr arasında ticarət sahəsində mövcud məhdudiyyətlərin aradan qaldırılması məqsədilə iş aparılır.

Mission News Theme by Compete Themes.