Press "Enter" to skip to content

Azərbaycan dili və mədəniyyəti mərkəzi ziyarət edilib

Bayraqdar.info – Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Belarusa səfər ediblər. Səfər çərçivəsində Minsk şəhərindəki Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzi də ziyarət edilib.

Bu barədə bayarqdar.info-ya noyabrın 12-də Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev və müdir müavini Mahmud Əhmədov mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar. Doğma dilimizin bu ölkədə tədrisi ilə məşğul olan təhsil ocağının fəaliyyətini gücləndirə biləcək məsələlər, o cümlədən texniki bazanın mövcud vəziyyəti müzakirə edilib.

Dövlət Komitəsinin adından mərkəzə kitablar və xatirə hədiyyələri təqdim olunub.

Mission News Theme by Compete Themes.