Press "Enter" to skip to content

10 ayda DSMF-nin gəlirlərində 380 milyon manat artım

Bayraqdar.info – Aparılan sosial-iqtisadi islahatların müsbət nəticələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində davamlı artım tempinə imkan verib. Belə ki, 2021-ci ilin yanvar-oktyabr aylarında da DSMF-nin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 9,5 fazi və ya 380 milyon manat artaraq 4 372 milyon manat təşkil edib.

Bu barədə bayraqdar.info-ya noyabrın 12-də ƏƏSMN-dən məlumat verilib.

Məlumata əsasən, bu dövrdə Fondun xərcləri 4 054 milyon manat olub. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,7 faiz və ya 146 milyon manat çoxdur. Həmin xərclərin 97 faizini əhaliyə ödənişlər təşkil edib.

Mission News Theme by Compete Themes.