Press "Enter" to skip to content

Peşə təhsili alanların təqaüdü artırıldı

Son yeniləmə: 12 Noyabr 2021 09:47

Bayraqdar.info – Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Məlumatı noyabrın 11-də  Prezidentin Mətbuat xidməti yayıb.

“Dəyişikliyə əsasən, peşə təhsili müəssisələrində akademik göstəriciləri “5” (91 – 100 bal) olan tələbələrə 75 manat, akademik göstəriciləri “4” və “5” (71 – 100 bal) olan tələbələrə 60 manat, akademik göstəriciləri “3” – “5” (51 – 100 bal) olan tələbələrə 50 manat təqaüd veriləcək.

“Dəyişikliyə görə təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər Azərbaycanın ali təhsil və orta ixtisas təhsili müəssisələrində, AMEA-nın magistratura səviyyəsində əyani təhsil alan tələbələrə, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə, peşə təhsili müəssisələrində əyani təhsil alan tələbələrə isə aralıq qiymətləndirmə nəticələrinə görə müəyyən edilmiş məbləğlərdə ödənilir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.