Bayraqdar. info -Bu ilin 10 ayında pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə 4 milyard 949 milyon manat vəsait ödənilib.
Bu barədə bayraqdar.info-ya noyabrın 11-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilən bu məbləş ötən ilin eyni dövrünə nisbətən 3,5 faiz, yaxud da 166,5 milyon manat çoxdur.
Qetd edilib ki, pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər 2,4 milyon nəfəri əhatə edib.