Bayraqdar.info – H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində və Koreya Respublikasının Hərbi Dəniz Qüvvələrinin Ali Hərbi Məktəbində təhsil alan bir qrup kursantın iştirakı ilə Zəfər Günü münasibətilə vebinar keçirilib.
Məlumat bayraqdar.info-ya noybrın 10-da Müdafiə Nazirliyindən daxil olub.
Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə “Zoom” platforması üzәrindәn keçirilən vebinarda kursantlara hər iki ölkənin ordularının hərbi təhsil sistemi, təhsil müəssisələrinin yaranma tarixi, təlim-tədris prosesi və fəaliyyətlərinə dair ətraflı məlumat verilib.
Koreyanın Hərbi Dəniz Qüvvələrinin Ali Hərbi Məktəbində təhsil alan azərbaycanlı kursant Əhmədağa Məmmədov 44 günlük Vətən müharibəsində həmvətənlərimizin Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında sıx birləşməsi mövzusunda məruzə ilə çıxış edib.
Vebinarda düşmən təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın başladığı haqq savaşı və “Dəmir yumruq” əməliyyatı barədə danışılıb.
Vebinar panel müzakirələrlə yekunlaşıb.