Press "Enter" to skip to content

Zəfər Günü münasibətilə tamaşa

Bayraqdar.info – Tbilisidə 8 noyabr – Zəfər Günü münasibətilə tamaşa səhnəyə qoyulub. Belə ki, “Era” teatrının yaradıcı heyəti “Cənnətdən gələn məktublar” tamaşasını səhnələşdirib.

Bu barədə bayraqdar.info-ya noyabrın 10-da Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) məlumat veirlib.

Bildirilib ki, Azərbaycan dilində hazırlanan səhnə əsəri Tbilisidəki Akaki Xorava adına Aktyorlar Evində nümayiş olunub.

Tamaşanın quruluşçu rejissoru və pyesin müəllifi Anar Rafiqoğludur. Əsas mövzusu vətənpərvərlik və şəhidlik olan tamaşada əsas rolları Binəli İslamoğlu və Elnur Vəlizadə ifa edib.

Əsərin ana xətti isə şəhid olmuş ata və oğulun dialoqu, atanın qızına ünvanladığı məktub üzərində qurulub.

DİDK-in dəstəyi ilə baş tutan tamaşanı izləyənlər arasında Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyinvə Dövlət Komitəsinin əməkdaşları, azərbaycanlı icmasının üzvləri, iş adamları, gənclər və ziyalılar olub.

Mission News Theme by Compete Themes.