Bayraqdar.info – Qırğızıstan Prezidenti Sadır Caparov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları ilə bağlı razılaşma haqqında qanunu imzalayıb.
Bu haqda xəbəri bayraqdar.info-ya noyabrın 9-da Qırğızıstan Prezidentinin Administrasiyasından veriblər.
Xəbərdə qeyd edilir ki, Prezident üzv dövlətlərin Fondun büdcəsinə icbari ödənişləri ilə bağlı şkala haqqında protokolu da imzalayıb.
Qeyd edək ki, Fondun maliyyə qaydaları haqqında razılaşmalar 2 sentyabr 2018-ci ildə Bişkekdə qəbul edilib. İcbari ödənişlərlə bağlı protokol isə 28 noyabr 2020-ci ildə İstanbulda imzalanıb.
Prezidentin imzaladığı yeni qanun hər iki məsələ üzrə ölkədaxili qaydaları tənzimləyir. Bu qaydalara uyğun olaraq maliyyələşmənin mənbəyi, formalaşdırılması və hesabatlılıq qaydası müəyyən edilir.