Press "Enter" to skip to content

Ortaq Türk Yatırım Fondu qurulur

Bayraqdar.info – Türk Keneşinin Baş katibi Bağdad Amreyev noyabrın 9-da Ankarada Türkiyənin xəzinə və maliyyə naziri Lütfi Elvan ilə görüşüb.

Xəbəri bayraqdar.info-ya Türk Keneşindən veriblər.

Xəbərdə deyilir ki, Baş katib və nazir 12 noyabrda İstanbulda keçiriləcək Türk Keneşi 8-ci Zirvəsi öncəsi düzənlənən iqtisadi etkinliklərlə bağlı mövcud hazırlıqları və gündəmin əsas məsələlərini müzakirə edib.

Tərəflər özəlliklə Türk Yatırım Fondunun qurulması yönündə mövcud çalışmaları müzakirə edərək onun təşkilati forması ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüşdə üzv dövlətlərlə yaxın işbirliyi içində gərəkli qaydaların sonuclandırılmasını sürətləndirmək amacıyla ortaq cəhdləri davam etdirmək qərara alınıb.

Baş katib və nazir ayrıca bölgəsəl və uluslararası gündəmdə yer alan bir çox iqtisadi mövzu haqqında fikir mübadiləsi də edib.

Mission News Theme by Compete Themes.