Press "Enter" to skip to content

“Muzey eksponatları şagirdlərin rəngli dünyasında”

Bayraqdar.info  – “Milli Azərbaycan Tarixi Muzeyi hər zaman olduğu kimi gənc nəslin təlim-tərbiyəsində aparıcı mövqe tutub. Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlının rəhbərliyi ilə keçirilmiş “Muzey eksponatları şagirdlərin rəngli dünyasında” adlı layihə müsbət mənada geniş rezonans doğurub.

“Layihə bu dəfə 9 noyabr Bayraq Gününə həsr olunub. Layihə iştirakçıları Gəncə şəhəri Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin, Abşeron rayonu Güzdək kənd tam orta məktəbin, Xudat şəhəri 3 saylı tam orta məktəbin, Nəsimi rayonu Texniki-Humanitar liseyin, Füzuli rayonu 1 saylı tam orta məktəbin şagirdləri olub.

“Qeyd edək ki, layihədə muzeyin Silahlar və bayraqlar fondunun materiallarından istifadə olunub.”

Xəbəri bayraqdar.info-ya Muzeydən veriblər.

Mission News Theme by Compete Themes.