Son yeniləmə: 10 Noyabr 2021 11:23
Bayraqdar.info – Bununla bağlı Xarici İşlər Nazirliyi və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış namizədlik sənədi UNESCO Katibliyinə təqdim edilmişdi.
Bu şəbəkə inkişafını yaradıcılıq – musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiya üzərində quran şəhərləri bir araya gətirir. Şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru hesab edir. Şəbəkə yerli kollektivlərdə böyük maraq yaradıb və yeni siyahı ilə şəhərlərin tipologiyasının və coğrafi balansının müxtəlifliyini əks etdirir.
Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya daxil olan məlumatda bildirilir ki, 49 şəhər UNESCO-nun Baş Direktoru Audrey Azulenin qərarı ilə Yaradıcı Şəhərlər Şəbəkəsinə (UCCN) qoşulub. Hazırda şəbəkə 90 ölkədən 295 şəhəri əhatə edir.
Nazirlik namizədlik sənədinin hazırlanmasındakı dəstəyə görə UNESCO yanında daimi nümayəndəliyə və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına təşəkkürünü bildirir.
“Xatırladaq ki, Bakı şəhəri “dizayn” tematikası üzrə 2019-cu ildən, Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası üzrə 2017-ci ildən şəbəkənin üzvüdür.
“Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin yaradıcı şəhərlər şəbəkəsinə daxil edilməsi ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən iş aparılır”, – deyə xəbərdə bildirilir.