Bayraqdar.info – 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə N hərbi hissəsində vətənpərvərlik tədbiri və konsert keçirilib.
Müdadiə Nazirliyindən bayraqdar.info-ya verilən m əlumata görə, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət bayrağı salona gətirilib.
Ümummilli lider Heydər Əliyevin və Respublikanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa olunub.
Tədbirdə çıxış edənlər azadlıq ideyalarının, dövlətçiliyin və müstəqilliyin rəmzi olan Dövlət bayrağı haqqında ətraflı danışıblar. Bildirilib ki, Azərbaycan xalqı tarixən bayrağı uca tutmuş, ona ehtiram göstərmiş, öpərək and içmiş, bayraq gətirilən mərasimlərdə onu ayağa qalxaraq qarşılamış və bayraqlar sancılan zirvələri müqəddəs məkan bilmişdir. Nəsildən-nəslə ötürülən ənənə bu gün də yaşadılmaqdadır.
“Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirdə Azərbaycan Ordusunun şəxsi heyətinin bayrağa, vətənə, dövlətə, xalqa sonsuz sədaqət nümayiş etdirdiyi, bu bayraq altında Ali Baş Komandanın hər bir əmrinə daim hazır olduğu vurğulanıb.
“Tədbirin sonunda H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin, eləcə də tanınmış incəsənət ustalarının iştirakı ilə hərbi qulluqçulara geniş konsert proqramı təqdim edilib.”
Məlumatda belə deyilir.