Press "Enter" to skip to content

Ersin Tatar: Ulu Öndər Atatürkün göstərdiyi yoldan dönməyəcəyik

Son yeniləmə: 9 Noyabr 2021 23:59

Bayraqdar.info – “Məhv edilməsinə çalışılan bir xalqı ayağa qaldıran, Qurtuluş Savaşı ilə bu xalqı imperializmin pəncəsindən azad edərək, bir dövlət quran XX əsrin güclü sərkərdəsi, dövlət xadimi və inqilabçısı Mustafa Kemal Atatürkü vəfatının 83-cü ildönümündə həsrətlə anıram”.

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkün vəfatının 83-cü ildönüm ilə bağlı yaydığı mesajda qeyd edib.

KKTC Cümhurbaşqanlığından bayraqdar.info-ya verilən məlumata görə, mesajda daha sonra deyilir: “Kıbrıs türkləri Atatürkün yolundan gedərkən, onun qurduğu Türkiyə Cümhuriyyətinin dəstəyi ilə illərlə varlıq və azadlıq mübarizəsində böyük bədəllər ödəyib, şəhidlər verərək öz dövlətlərini qurublar. Xalqımız Ulu Öndər Mustafa Kemal Atatürkün göstərdiyi yoldan heç vaxt dönməyəcək; suverenliyindən, müstəqilliyindən, islahatlarından, Kuzey Kıbrıs Türk Cümhuriyyəti dövlətindən vaz keçməyəcək. Ruhu şad olsun”.

Onu da qeyd edək ki, Mustafa Kemal Atatürkün vəfatının 83-cü ildönümü ilə bağlı noyabrın 10-da Türkiyə ilə yanaşı KKTC-də də müxtəlif anım tədbirləri keçiriləcək.

Bu barədə verilən məlumata əsasən, Mustafa Kemal Atatürkün gözlərini əbədi yumduğu saatda, yəni yerli vaxtla saat 09:05-də KKTC-də bütün ölkə boyu həyəcan siqnalının müşahidəsi ilə dahi şəxsiyyətin ruhu bir dəqiqəlik sükutla yad ediləcək, bayraqlar yarıya qədər endiriləcək.

Eyni zamanda KKTC-nin bütün şəhər, kənd və qəsəbələrində anım mərasimləri keçiriləcək.

Paytaxt Lefkoşada Atatürkün abidəsi önündə keçiriləcək mərasim saat 09:00-da abidəinin önünə əklil qoyulması ilə başlayacaq. Sayğı duruşu və İstiqlal Marşının oxunmasından sorna xatirə dəftəri imzalanacaq.

Lefkoşada ikinci mərasim isə 09:30-da Atatürk Mədəniyyət Mərkəzində olacaq. Orada sayğı duruşu və İstiqlal Marşının oxunmasından sonra Kıbrıs Türk Barış Quvvələri Komandanlığı və Türkiyənin Lefkoşadakı səfirliyi adından çıxışlar olacaq. Bundan sonra isə milli təhsil naziri Olgun Amcaoğlu və Cümhurbaşqanı Ersin Tatar çıxış edəcək.

Mission News Theme by Compete Themes.