Son yeniləmə: 10 Noyabr 2021 17:39
Bayraqdar.info – İstifadəçilərin uzun müddət səbirsizliklə gözlədiyi yeni “010” prefiksli (şəbəkə kodlu) nömrələr, “Azercell Telekom” tərəfindən Azərbaycanın mobil rabitə bazarına təqdim edilir.
Bu barədə bayraqdar.info-ya “Azercell Telekom” MMC-dən məlumat verilib.
Bildirilib ki, şirkətin rəqəmsal siyasətinə uyğun olaraq, onlayn platforma vasitəsilə rahatlıqla nömrə əldə etmək mümkün olacaq: “Belə ki, ilk dəfə olaraq bu cür iri miqyasda nömrə sifarişini onlayn rejimdə gerçəkləşdirən “www.azercellim.com” saytı vasitəsilə müştəri bəyəndiyi “010” prefiksli nömrəni seçib dərhal rəsmiləşdirə bilər. Həmin sayt üzərindən nömrə üçün onlayn ödəniş tamamlandıqdan sonra abunəçinin qeyd etdiyi əlaqə nömrəsi və ya elektron ünvanına xüsusi sifariş kodu göndərilir. Həmin kodu 7 gün ərzində istənilən “Azercell” satış məntəqəsinə təqdim etməklə yeni nömrəni əldə etmək mümkündür”.
Vurğulanıb ki, yeni nömrələrin təqdimatını “Azercell” şirkətinin prezidenti Zərinə Zeynalova belə şərh edib: “Qaliblərin seçimi!” şüarı ilə ifadə olunan “010” seriyalı nömrələrimiz Vətən müharibəsində qalibiyyətimizin ilk ildönümünə ithaf olunur. İlkin onlayn satış kanalının Azərbaycanın mobil rabitə bazarında daha geniş təqdimatı abunəçilərimiz üçün “Azercell” servislərini daha əlçatan və rahat edir, eyni zamanda, bizə müştəri xidmətlərimizin səviyyəsini artırmağa şərait yaradır”.
“Yeni nömrənin aktivləşdirilmə şərtləri və tariflər haqqında daha ətraflı məlumatı “Azercell”in rəsmi veb-səhifəsindən (www.azercell.com) əldə etmək olar.
“Azercell” komandası “Qaliblərin seçimi” – “010” nömrələri ilə sizə daim ən sevincli və xoş xəbərlər almağı arzu edir.
Qələbə bayramımız mübarək!” , – deyə, sonda bildirilib.