Press "Enter" to skip to content

“Azerçay”dan “Qələbə qaçışı”na dəstək

Bayraqdar.info – Gənclər və İdman Nazirliyi tərəfindən Zəfər bayramına həsr olunmuş “Qələbə qaçışı” adlı xeyriyyə tədbiri təşkil edilib. “Qürurla irəli!” şüarı ilə təşkil edilmiş marafondan əldə olunan ianələr YAŞAT Fonduna köçürülüb. 5000 metrlik məsafəyə qaçışda dövlət rəsmiləri, ictimai xadimlər, idman ustaları və sakinlər iştirak edib.

Ölkəmizin tarixinə mədəniyyətinə və dəyərlərinə xüsusi həssaslıqla yanaşan “Azerçay” ənənəsinə sadiq qalaraq adıçəkilən layihəyə də öz dəstəyini göstərib.

Bu barədə bayraqdar.info-ya noyabrın 10-da “Azərsun Holding”in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qaçışda iştirak edən qonaqları və iştirakçıları çaya qonaq edən milli markamız, həmçinin onları yeniliklər barədə məlumatlandırıb. Qaçışın sonunda 5000 metr məsafəni ilk qət etmiş qaliblərə doğma çay – “Azerçay” tərəfindən hədiyyələr verilib: “Son həftə ərzində Zəfər Günü ilə əlaqədar təşkil edilmiş onlarla layihənin təşkilində yaxından iştirak etmiş doğma çay “Azerçay” gələcəkdə də bu məsələ ilə bağlı həssasiyyətini qoruyaraq dəstək verməyə davam edəcək”.

Mission News Theme by Compete Themes.