Bayraqdar.info – Türk Keneşi üzv dövlətləri dövlət başçılarının 8-ci Zirvə görüşü noyabrın 12-də İstanbulda, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın ev sahibliyində keçiriləcək.
Bu haqda xəbəri noyabrın 10-da bayraqdar.info-ya Türk Keneşindən veriblər.
Zirvə görüşünə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev, Qırğızıstan Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Keneşinin Baş katibi Bağdad Amreyevin qatılması nəzərdə tutulur.
Zirvə görüşü “Rəqəmsal çağda yaşıl texnologiyalar və ağıllı şəhərlər” mövzusuna həsr ediləcək. Ölkə başçıları digər vacib məsələləri də müzakirə edəcəklər.
Zirvə görüşündə Türkmənistan müşahidəçi üzv kimi təşkilata qəbul ediləcək. Eyni zamanda, üçüncü ölkələr və qurumlarla münasibətlərin, eləcə də müşahidəçi üzvlüyün şərtləri müəyyən ediləcək. Əlavə olaraq Türk Yatırım Fondunun qurulması və təşkilatın orta və uzun müddətli hədəflərini/proqramını ehtiva edən “Türk dünyası – 2040” vizyonunun qəbul edilməsi nəzərdə tutulur.
Liderlərin bölgəsəl və uluslararası siyasi məsələləri, iqtisadi gəlişmələri müzakirə edəcəyi də gözlənilir.
Bu Zirvədə təşkilatın dönəm Başqanlığı Azərbaycandan Türkiyəyə keçəcək. Eyni zamanda “İstanbul bəyannaməsi” qəbul ediləcək.
Türk Keneşi 8-ci Zirvəsi qurum çərçivəsindəki işbirliyinə yeni bir boyut qazandıraraq üzv dövlətlər arasında bütünləşmənin bir üst səviyyəyə daşınacağı önəmli bir dönüş nöqtəsi təşkil edəcəkdir.
Zirvə öncəsi – noyabrın 11-də gündəmdəki məsələlərlə bağlı hazırlıq üçün Türk Keneşi Xarici İşlər Nazirləri Şurasının toplantısı da keçiriləcək.
Əlavə edək ki, Zirvədə qurumun adının dəyişdirilməsi də nəzərdə tutulur. Bu Zirvənin qərarıyla Türk Keneşinin əsasında Türk Dövlətləri Təşkilatı qurulacaqdır.