Press "Enter" to skip to content

Zəfər Günü münasibətilə daha iki fləşmob

Bayraqdar.info – Tbilisidə 8 Noyabr – Zəfər Günü münasibətilə daha iki fləşmob baş tutub. İlk olaraq Azərbaycan bayraqları ilə bəzədilmiş üç gəzinti kateri Kür çayı boyunca hərəkət edib.

Bu barədə bayraqdar.info-ya noyabrın 9-da Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, “Sülh körpü”sündən hərəkətə başlayan katerlərAzərbaycanın Gürcüstandakı səfirliyinin binasının yerləşdiyi əraziyə yaxınlaşanda üzərində Azərbaycan bayrağı təsvir olunmuş 600 ədəd şar havaya buraxılıb. Fləşmob Tbilisi sakinləri və şəhərin qonaqlarının diqqətini cəlb edib.

Axşam saatlarında isə Tbilisinin mərkəzi Rike parkında “Air Baloon Tbilisi” adlı böyük hava şarı Azərbaycan bayrağı və Zəfər rəmzi sayılan Xarı bülbülün təsvirləri ilə işıqlandırılıb.

Aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Gürcüstandakı səfirliyi və Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Mission News Theme by Compete Themes.