Press "Enter" to skip to content

YTB-dən Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı təbrik

Son yeniləmə: 9 Noyabr 2021 21:17

Bayraqdar.info – Dünən Azərbaycanda 8 noyabr- Zəfər Günü qeyd edilirdi. Bu gün isə ölkəmizdə 9 noyabr-Dövlət Bayrağı Günü qeyd edilir.

Dünən olduğu kimi, bu gün də Azərbaycanın dostları, xarici ölkə rəhbərləri, diplomatlar, o cümlədən müxtəlif qurumlar tərəfindən təbriklər gəlir.

Belə təbriklərdən biri isə Türkiyənin öndə gələn qurumlarından olan Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı (YTB) gəlib.

Bayraqdar.info xəbər verir ki, YTB-nin Tvitter hesabında Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı yerləşdirilən təbrikdə deyilir: “Dost və qardaş ölkə Azərbaycanın Bayraq Günü qutlu olsun”.

Təbrikdə həmçinin “Üç rəngli bayrağınla məsud yaşa Azərbaycan” sözləri də əks olunub.

Mission News Theme by Compete Themes.