Press "Enter" to skip to content

“YAŞAT” Fondunun “Zəfər” Yarmarkası davam edir

Son yeniləmə: 9 Noyabr 2021 11:47

Bayraqdar.info – “YAŞAT” Fondunun “Zəfər” Yarmarkası davam edir. Yarmarka çərçivəsində şəhidlərimizin övladları onlar üçün qurulan səhra yəməkxanasında əsgər yeməyindən dadıblar.

Bu barədə bayraqdar.info-ya “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, Yarmarka çərçivəsində, həmçinin “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı çərçivəsində “Dəmir Yumruq” kompozisiyası səhnələşdirilib.

Qeyd edilib ki, 29 oktyabr – 9 noyabr tarixini əhatə edəcək Yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutur.

Yarmarkadan əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə ediləcək.

Mission News Theme by Compete Themes.