Press "Enter" to skip to content

Sürixdə Zəfər Günü

Bayraqdar.info – İsveçrədə fəaliyyət göstərən “Azərbaycanın Dostları” Cəmiyyətinin nəzdindəki “Buta” rəqs dərnəyinin Sürix şəhərindəki növbəti dərsi 8 noyabr – Zəfər Gününə həsr olunub.

Bu barədə bayraqdar.info-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, dərs zamanımilli geyimli dərnək üzvlərinin ifasında xalqımızın böyük qələbəsinə həsr edilmiş Azərbaycan rəqs nümunələri təqdim edilib.

Qeyd edək ki, “Buta” rəqs dərnəyində uşaqlar və böyüklər üçün qruplar fəaliyyət göstərir. “Buta”nın uşaqlar qrupu “Azərbaycan Vətənimdir” adlı onlayn beynəlxalq rəqs müsabiqəsində birinci yer tutub.

Mission News Theme by Compete Themes.