Son yeniləmə: 9 Noyabr 2021 17:44
Bayraqdar.info – Norveçin Stavanger şəhərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Xarı bülbül” konserti keçirilib.
Diasporla İş üzrə Dövlət Komitısindən bayraqdar.info-ya bildirilib ki, xalqımızı və dünya azərbaycanlılarını möhtəşəm bayram münasibətilə təbrik edən azərbaycanlı musiqiçi Ülvi Həsənli (skripka) bolqarıstanlı həmkarı Kiril Kutinlə (piano) birgə konsertə Azərbaycanın Dövlət Himnini ifa etməklə başlayıb. Azərbaycan icmasının üzvləri üçün nəzərdə tutulmuş Konsertdə Niyazi, Qara Qarayev, Fikrət Əmirov və digərAzərbaycan bəstəkarlarının əsərləri təqdim olunub.
“Xaricdə yaşayan azərbaycanlı olaraq belə günlərdə həmrəy olmağımız bizihər zaman sevindirir”, – deyə Ü.Həsənli konsertdən sonra təəssüratını bölüşüb.
Qeyd edək ki, Ülvi Həsənli hazırda Stavanger şəhərində yaşayır.