Press "Enter" to skip to content

Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyanıb

Son yeniləmə: 9 Noyabr 2021 12:14

Bayraqdar.info – 8 noyabr – Zəfər Günü tarixində, Amerika Birləşmiş Ştatları və Kanada arasında yerləşən və dünyanın ən böyük şəlalələrindən olan Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rənglərinə boyanıb.

Bu barədə bayraqdar.info-ya noyabrın 9-da ölkəmizin ABŞ-dakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan bayrağının fonunda torpaqlarımızın azad olunması yolunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib. Musiqiçilər Rizvan Əliyev və Röya Əliyeva tərəfindən milli mahnılar ifa olunub.

Tədbirdə, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim, səfirliyin əməkdaşları və ABŞ-da yaşayan icmamınız nümayəndələri iştirak ediblər.

Mission News Theme by Compete Themes.