Bayraqdar.info – Azərbaycanın Vətən müharibəsində qələbəsinin ilk ildönümü Zəfər Günü münasibətilə Kolumbiyada maraqlı aksiya keçirilib. Belə ki, noyabrın8-də Kolumbiyanın paytaxtı Boqota şəhərinin ən hündür binalarından olan və şəhərin simvolu sayılan məşhur “Colpatria” binası üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılıb.
Bu barədə bayraqdar.info-ya noyabrın 9-da ölkəmizin Meksikadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, eyni zamanda, binanın fasad örtüyü üzərində “Azərbaycan Zəfər Günün mübarək” sözləri əks olunub.