Bayraqdar.info – Zəfər Gününün ildönümü münasibətilə Türkiyədə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün səfərdə olan H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Orkestri noyabrın 8-də Bakıya qayıdıb.
Xəbər bayraqdar.info-ya Müdafiə Nazirliyindən verilib.
Xəbərdə qeyd edilir ki, səfər zamanı Hərbi orkestrin heyəti Ankara şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Anıt qəbrini ziyarət ediblər.
“Polkovnik-leytenant Fariz Məmmədzadənin rəhbərliyi ilə Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Orkestrinin Ümummilli Liderin adını daşıyan parkda, eləcə də bir çox məkanlarda konsert proqramları ilə çıxışları alqışlarla qarşılanıb”, – deyə xəbərdə bildirilir.