Son yeniləmə: 9 Noyabr 2021 21:15
Bayraqdar.info – Məlum olduğu kimi 8 noyabr – Zəfər Gününün birinci ildönümü münasibətilə dünyanın bir çox şəhərlərində tədbirlər, konsertlər, yaxud aksiyalar keçirilib.
Xarici ölkələrdəki səfirliklərimizin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın diaspor təşkilatlarının, yaxud yerli cəmiyyət və qurumların təşəbbüsü ilə keçirilən bu cür tədbirlərdə şəhidlərin ruhu yad edilib. Tədbirlərdə, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbənin əhəmiyyəti vurğulanıb.
Onu da qeyd edək ki, 8 noyabr – Zəfər Günü Türkiyənin Denizli şəhərində də qeyd edilib. Hələlik bu şəhərdə fəal diaspor təşkilatımız olmadığı üçün, Zəfər Gününü qeyd etmək təşəbbüsü Denizli Pamukkale Universitetində təhsil alan bir qrup azərbaycanlı tələbədən gəlib.
Bununla bağlı bayraqdar.info-ya verilən məlumata görə, azərbaycanlı tələbələr Zəfər Gününü Denizlidəki ən hündür nöqtələrdən biri olan, əhalinin və turistlərin sıx olaraq gəldiyi Seyir Tepesi adlanan ərazidə qeyd ediblər. Belə ki, əllərində üçrəngli bayrağımızı tutan gənclər orada öncə Dövlət Himnimiz oxuyublar.
Gənclər, həmçinin ətrafdakı insanlara ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər haqqında bilgi veriblər.
Onu da qeyd edək ki, Denizli Böyükşəhər Bələdiyyəsinin Başqanı, Azərbaycanın dostu Osman Zolan 8 noyabr – Zəfər Günü münasibətilə mesaj yayımlayıb. Denizli Böyükşəhər Bələdiyyəsinin Tvitter hesabında yerləşdirilən məlumata görə, bələdiyyənin rəsmi internet səhifəsində yayımlanan mesajında Başqan Osman Zolan tarixdən gələn qardaşlıq bağlarımızdan bəhs edib, bir il öncəki Zəfərin türk dünyasında böyük sevinc yaratdığını bildirib və “Tək millət, iki dövlət, dost və qardaş ölkə Can Azərbaycanın Zəfər Bayramı kutlu olsun” -, deyə vurğulayıb.
Can Azerbaycan'ın Bayramı kutlu olsun
Karabağ’ın işgalden kurtarılışı nedeniyle ilan edilen 8 Kasım Zafer Bayramı dolayısıyla bir mesaj yayımlayan Başkan Zolan, "Tek millet, iki devlet, dost ve kardeş ülke Can Azerbaycan’ın Zafer Bayramı kutlu olsun" dedi.https://t.co/bfJ0IhT8hE pic.twitter.com/3flxqtcKK4— Denizli Büyükşehir Belediyesi🇹🇷 (@denizlibld) November 8, 2021
8 noyabr – Zəfər Günü ilə bağlı Pamukkale Bələdiyyəsinin Başqanı Avni Orki də təbrik mesajı yayımlayıb. Onun Tvitter hesabında yerləşdirdiyi təbrik mesajında “30 illik işğala nöqtə qoyan Qarabağ Zəfərinin birinci ildönümü və Can Azərbaycanın Zəfər Gününü təbrik edirəm. Əziz şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun” sözləri öz əksini tapıb.
30 yıllık işgale nokta koyan Karabağ Zaferi'nin 1. yıl dönümünü ve Can Azerbaycan'ın Zafer Günü'nü kutluyorum.
Aziz şehitlerimizin ruhları şad, mekanları cennet olsun.#TekMilletİkiDevlet 🇹🇷🇦🇿 pic.twitter.com/su7Lj7u9PP
— Avni ÖRKİ 🇹🇷 (@AvniOrki) November 8, 2021
Bundan başqa Denizli Böyükşəhər Bələdiyyəsinin qərarına əsasən şəhərin müxtəlif yerlərində Azərbaycanın Zəfər Günü ilə bağlı bilbordlar yerləşdirilib. Bu barədə bayraqdar.info-ya Denizli Böyükşəhər Bələdiyyəsinin Kültür və Sosial İşlər Dairəsi Başqanı Hudaverdi Otaklı məlumat verib.
Onun sözlərinə görə, bilbordlarda Denizli Böyükşəhər Bələdiyyəsi başqanı Osman Zolanın imzası ilə təbrik mesaji yerləşdirilib.