Bayraqdar.info – Kıbrıs türk istehsalı olan “Teslimat” qısametrajli filmi beynəlxalq arenada uğur qazanmaqda davam edir. Belə ki, bu film noyabrda Türkiyə, ABŞ və İspaniyada daha 7 festivalda nümayiş olunacaq.
Bu barədə bayraqdar.info-ya Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyindən məlumat verilib.
O da bildirilib ki, rejissoru Doğuş Özokutan, prodüseri Vasvi Çiftcioğlu olan, həmçinin İzel Ceylaninin baş rolda çəkildiyi qısametrajlı film 22 noyabr 2020-ci il tarixində dünya premyerasından bu yana 12 ölkədə 46 beynəlxalq festivalın rəsmi seçiminə girməyi bacarıb.