Bayraqdar.info – Xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Paris şəhərinə yola düşüb.
Bu barədə bayraqdar.info-ya noyabrın 9-da Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində xarici işlər nazirinin YUNESKO-nun Baş Konfransının 41-ci sessiyasında iştirak və çıxış etməsi, həmçinin bir sıra rəsmilərlə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.