Press "Enter" to skip to content

“Zəfər” zirvəsinə “Dəmir yumruq” ekspedisiyası – VİDEO

Bayraqdar.info – Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup hərbi qulluqçusu Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Dəmir yumruq” ekspedisiyası həyata keçirib. Ekspedisiyada “Qartal” Dağçılıq İdman Klubunun alpinistləri və “Baku.TV”-nin əməkdaşları da iştirak ediblər.

Müdafiə Nazirliyindən bayraqdar.info-ya noyabrın 8-də verilən məlumatda belə deyilir.

“Əvvəlcə Şəhidlər xiyabanları ziyarət olunaraq şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub və xatirələri ehtiramla yad edilib.

“Polkovnik-leytenant Zal Nəbiyevin və klubun rəhbəri Rüfət Qocayevin başçılıq etdiyi bir qrup alpinist Quba rayonu ərazisindəki “Zəfər” zirvəsinə yürüş edib.

“Alpinistlər dəniz səviyyəsindən 4 min 301 metr yüksəklikdə Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində yerləşən “Zəfər” zirvəsinə qalxıblar. Onlar burada Azərbaycanın Dövlət himnini ifa edib və Vətən müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.