Press "Enter" to skip to content

Zəfər Yürüşü- VİDEO

Son yeniləmə: 8 Noyabr 2021 21:38

Bayraqdar.info – Zəfər Günü ilə əlaqədar noyabrın 8-də Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində döyüş ruhunun daha da yüksəldilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Məlumat bayraqdar.info-ya noyabrın 8-də Müdafiə Nazirliyindən verilib.

“Şəxsi heyət tərəfindən Fəxri xiyaban və Şəhidlər xiyabanları ziyarət edilib, Ulu Öndərin, eləcə də Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə güllər düzülərək xatirələri ehtiramla yad edilib, Dövlət himni ifa olunub.

“Tədbirlər çərçivəsində hərbi qulluqçular Azərbaycan Bayrağı ilə şəhər küçələrində yürüş edib, Vətən müharibəsinə həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdirilib.

“Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordunun qazandığı şanlı qələbənin tarixi əhəmiyyəti, qalib Azərbaycan xalqının qələbədə rolu, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələri haqqında tədbirlər zamanı ətraflı söhbətlər aparılıb. Şəhidlərin xatirələrinin yaddaşlarda əbədi yaşayacağından danışılıb”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.