Press "Enter" to skip to content

“Zəfər yarmarkası” böyük maraqla qarşılanır – VİDEO

Bayraqdar.info – Vətən müharibəsinin birinci ildönümü münasibətilə Müdafiə Nazirliyi, “YAŞAT” Fondu, Bakı şəhər İcra Hakimiyyəti və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda təşkil olunan “Zəfər yarmarkası” paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının böyük marağına səbəb olub.

“Yarmarkada nümayiş etdirilən Azərbaycan Ordusunun silahlanmasında olan bir sıra silah, texnika və PUA nümunələri, eləcə də müxtəlif təminat növləri barədə hərbi qulluqçularımız tərəfindən ətraflı məlumatlar verilir.

Xəbər noyabrın 8-də bayraqdar.info-ya Müdafiə Nazirliyindən daxil olub.

“Həmçinin, Nazirliyin hərbi orkestrlərinin, H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin, Respublikanın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə vətənpərvərlik ruhunda musiqi nömrələri və maraqlı çıxışlar təqdim olunur.

“Eyni zamanda, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi təşkilatçılığı ilə “Əsgərə məktub” layihəsi “Zəfər yarmarkası”nda təşkil olunub. Paytaxt sakinlərinin Vətənin keşiyində dayanan qalib Azərbaycan əsgərinə böyük qürur hissi ilə yazdıqları məktublar işğaldan azad olunan ərazilərimizdə xidmət edən əsgərlərimizə çatdırılacaq.” Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.