Press "Enter" to skip to content

Türkiyə səfirliyindən Zəfər Günü təbriki

Son yeniləmə: 8 Noyabr 2021 02:12

Bayraqdar.info – Bu gün 8 noyabr Azərbaycanda Zəfər Günüdür. Düz bir il öncə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanan Azərbaycan tarix yazdı.

Beləliklə, bu tarixi Zəfərimiz münasibətilə dost və qardaş təbrikləri gəlməyə başlayıb. Öz növbəsində Türkiyənin ölkəmizdəki səfirliyi bu münasibətlə Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqını təbrik edib.

Səfirliyin tvitter hesabında yerləşdirilən təbrikdə deyilir: “Can Azərbaycanın torpaqlarının düşmən işğalından azad olunmasını müjdələyən 8 noyabr-Zəfər Günü münasibətilə Ali Baş Komandan Prezident cənab İlham Əliyevi, qəhrəman Azərbaycan Ordusunu və xalqını təbrik edir, bu qələbəni hərkəsə bəxş edən bütün şəhidlərimizi hörmətlə yad edirik”.

Mission News Theme by Compete Themes.