Press "Enter" to skip to content

Qırğızıstan Türk Keneşinin fəaliyyətinə yüksək önəm verir

Bayraqdar.info – Noyabrın 8-də Qırğızıstan Prezidenti Sadır Caparov Türk Keneşinin Baş katibi Bağdad Amreyevi qəbul edib.

Bu haqda xəbəri bayraqdar.info-ya Qırğızıstan Prezidentinin Administrasiyasından veriblər.

Görüş zamanı B.Amreyev Qırğızıstan Prezidentini Türk Keneşinin qarşıdan gələn Zirvə toplantısına hazırlıqla bağlı məlumatlandırıb.

S.Caparov Türk Keneşinin üzv ölkələrin inteqrasiya prosesi və çoxtərəfli işbirliyinin möhkəmləndirilməsindəki əsas rolunu vurğulayıb. O, Qırğızıstanın bu qurumdakı iştirakının əhəmiyyətli olduğunu qeyd edib.

Prezident bildirib ki, qarşıdan gələn Zirvə toplantısı Türk Keneşinin bundan sonrakı fəaliyyətinin müzakirəsi və inkişafı baxımından yaxşı bir imkan olacaq.

B.Amreyev Prezidentə hazırlıq işləri haqqında ayrıntılı bilgi verib. O, müzakirə ediləcək məsələlər haqqında da danışıb.

Görüş zamanı Türk Keneşinin Bişkek mərkəzli Yatırım Fondu haqqında da müzakirə aparılıb.

Mission News Theme by Compete Themes.