Press "Enter" to skip to content

Limada möhtəşəm Zəfər Günü göstərisi

Son yeniləmə: 8 Noyabr 2021 13:18

Bayraqdar.info – Azərbaycanın Zəfər Günü münasibətilə Perunun paytaxtı Lima şəhərininən çox ziyarət edilən “Parque de la Reserva” mərkəzi parkında şəhər bələdiyyəsinin dəstəyi ilə musiqili fəvvarə və işıqlandırma göstərisi təşkil olunub.

Bu barədə bayraqdar.info-ya noyabrın 8-də ölkəmizin Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, göstəri zamanı parkın fəvvarələri Azərbaycan dövlət bayrağının rəngləri ilə işıqlandırılıb: “Eyni zamanda,gecə boyu xususi lazer-işıqlandırma texnologiyası ilə fəvvarələr üzərində tanınmış Azərbaycan bəstəkarlarının əsərləri, eləcə də vətənpərvərlik ruhunda musiqilərin müşayiəti ilə Azərbaycanın Vətən müharibəsindəki qələbəsi, Bakıda təşkil olunmuş Zəfər paradı, habelə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti və turizmi barədə video və foto kadrlar nümayiş etdirilib və parka gələn minlərlə ziyarətçi tərəfindən maraqla izlənilib”.

Mərasimdə Peruda akkreditə olunmuş diplomatik korpus üzvləri, ictimaiyyət nümayəndələrivə şəhər sakinləri iştirak ediblər.

Mission News Theme by Compete Themes.