Press "Enter" to skip to content

İlham Əliyev Hulusi Akarı Şuşada qəbul etdi

Bayraqdar.info – Prezidenti İlham Əliyev Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Məlumatı noyabrın 8-də Prezidentin Mətbuat xidməti yayıb.

“Nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Türkiyənin Quru Qoşunları komandanı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı Hasan Küçükakyuz və Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal daxildir.

“Nazir Hulusi Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və bayram təbriklərini Prezident İlham Əliyevə və Azərbaycan xalqına çatdırıb.

“Dövlət başçısı R.T.Ərdoğanın salamlarına və bayram təbriklərinə görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

“H.Akar Zəfər Günü münasibətilə, eyni zamanda, öz adından dövlət başçısını təbrik edib.

“Təbriklərə görə təşəkkür edən Prezident İ.Əliyev H.Akarın bu bayram günündə Türkiyə Silahlı Qüvvələrinin rəhbər şəxsləri ilə bərabər Şuşaya gəlişinin xüsusi önəm daşıdığını vurğulayaraq minnətdarlığını bildirib. Bu yaxınlarda Prezident R.T.Ərdoğanın Füzuli və Zəngilan rayonlarına səfərini məmnunluqla xatırlayaraq bunun ölkələr arasında dostluq və qardaşlıq əlaqələrinin rəmzi olduğunu qeyd edib.

“Dövlət başçısı Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi bir daha yüksək qiymətləndirərək müharibədən sonrakı dövrdə əlaqələrin daha da yüksək səviyyədə qaldırıldığını vurğulayıb.

“Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

“Sonda xatirə şəkli çəkdirilib”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.