Press "Enter" to skip to content

Hərbi hissədə hərbi təlim toplanışı başa çatıb – VİDEO

Bayraqdar.info – Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən N nömrəli hərbi hissədə keçirilən hərbi təlim toplanışı başa çatıb.

Bu barədə bayraqdar.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

“Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunduğu təlim toplanışında onlar əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdiriblər. Həmçinin, orduda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə ediblər.

“Toplanışda fərqlənən hərbi vəzifəlilər təltif olunduqdan sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən musiqi nömrələri təqdim edilib”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.