Son yeniləmə: 8 Noyabr 2021 02:51
Bayraqdar.info – Ölkəmizin tarixinə, ənənələrinə, dəyərlərinə hər zaman xüsusi həssaslıqla yanaşan “Final” çayı növbəti dəfə ənənəsinə sadiq qalıb. 30 ildir ki, hər kəsəni sevimli markası olan “Final”, 62 nömrəli məktəb-liseydə Zəfər gününə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbirə dəstək verib.
Bu barədə bayraqdar.info-ya “Azərsun Holding”in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda deyilir ki, tədbir çərçivəsində şagirdlərin 44 günlük “Dəmir yumruq” əməliyyatına həsr olunmuş əl işlərindən ibarət sərgi təşkil edilib: “Tədbir ədəbi-bədii kompozisiya üzərində qurulub, məktəb şagirdləri şəhidlərə, qazilərə olan sevgilərini nümayiş etdiriblər. Sonda “Final” çayı tərəfindən şəhid ailələrinə Zəfər bayramı ilə əlaqədar hədiyyələr təqdim edilib”.
Vurğulanır ki, 30 ildir yüksək keyfiyyəti ilə hər kəsin sevimlisinə çevrilən “Final” çayı şəhidlərin müqəddəs ruhuna dərin ehtiramını bildirir, qazilərə cansağlığı arzulayır!