Press "Enter" to skip to content

Ersin Tatar: Biz bir millət, eyni zamanda üç dövlətik

Son yeniləmə: 8 Noyabr 2021 13:58

Bayraqdar.info – “Azərbaycanın Zəfəri bizim, Türkiyə Cümhuriyyətinin və bütün türk dünyasının zəfəridir”.

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar İstanbulda düzənlənən və Azərbaycanın Vətən müharibəsindəki Zəfərinin birinci ildönümünə həsr edilmiş tədbirdəki çıxışı zamanı deyib.

Bu barədə bayraqdar.info-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.

Bildirilib ki, çıxışında Azərbaycan Prezidenti İlham Əliyevi təbirk edən E.Tatar “Onun rəhbərliyi ilə Azərbaycan böyük bir zəfər qazandı. Azərbaycanın Qarabağ zəfərinin birinci ildönümü bayramını təbrik edirəm” deyib.

“Bu, böyük türk milləti üçün bir şərəf və ləyaqət məsələsidir. Belə bir gündə sizlərin bayramını təbrik edərkən, Prezident İlham Əliyevə salamlarımı çatdırıram. Ona uğurlar arzulayıram. Qardaş xalqımız olaraq Türkiyə Cümhuriyyətinin bizə verdiyi dəstəklə Pakistandan olan baş konsulun da dediyi kimi, biz bir millət, eyni zamanda üç dövlətik. Azərbaycan, Türkiyə Cümhuriyyəti, KKTC və qardaş dövlət Pakistanla birlikdə daha da güclənmək arzusu ilə sizləri salamlayıram. Böyük türk millətinin daha da güclənməsi üçün bu yolda canlarını fəda edən şəhidlərimizə Allahdan bir daha rəhmət diləyirəm. Qazilərə minnətdarlığımı bildirirəm” -,deyə KKTC Cümhurbaşqanı qeyd edib.

Qeyd edilib ki, E.Tatar çıxışında eyni zamanda, Kıbrıs türk xalqının bu gün Doğu Akdenizdə bir türk dövləti olmağı bacardığına diqqət çəkib: “Hamımız bir yerdə olmalıyıq. Bizim mübarizəmiz sizin də mübarizəniz olmalıdır. Böyük türk dünyasına baxanda hamımızın arzuları, tale birliyi var, bir yerdə olmaq, güclü olmaq zamanıdır”.

Mission News Theme by Compete Themes.