Bayraqdar.info – Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Bu barədə bayraqdar.info-ya noyabrın 8-də Müdafiə Nazirliyindən xəbər verilib.
“Mərasimlərdə Azərbaycanın Dövlət himni səsləndirilib, gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.
“Sonra Nazirliyin nümayəndələri və hərbi hissələrin komandanlıqları gənc əsgərləri Hərbi andı qəbul etmələri münasibəti ilə təbrik edib. Onlara xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar.
“Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib”, – deyə xəbərdə bildirilir.