Son yeniləmə: 7 Noyabr 2021 08:25
Bayraqdar.info – Azərbaycan Respublikasının Əməkdar jurnalisti, bayraqdar.info-nun qurucu-baş redaktoru Azər Həsrətə Türkiyədən növbəti dəfə etimad göstərilib. O, noyabrın 6-dan başlayaraq Gerçek Tarih adlı qurumun Azərbaycan təmsilçisi təyin edilib.
Bununla bağlı qurumun yayımladığı xəbərdə deyilir: “Azərbaycanın bilinən şəxsiyyətlərindən qəzetəçi-yazar və onlayn həyatını davam etdirən bayraqdar.info-nun da baş redaktoru Azər Həsrətə yeni görəvində GercekTarih.com.tr yönətimi olaraq başarılar diləyir və təbrik edirik”.
Xəbərdə daha sonra deyilir ki, “Yönətim və yayım qurulunun aldığı ortaq qərarla Azərbaycanda Gerçek Tarihi təmsil etmə görəvinə gətirilən qəzetəçi-yazar Azər Həsrət ölkəsində ayrıca bu görəvləri də icra etməkdədir: Beynəlxalq Mətbuat İnstitutunun üzvü, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan İctimai TV və Radio Yayım Şurasının üzvü”.
Əlavə edək ki, Gerçek Tarih gəlir məqsədi güdməyən, peşəkarları öz ətrafında birləşdirən bir qurumdur. Qurumun əsas məqsədi toplumda tarix şüurunun möhkəmlənməsinə töhfə verməkdir.
Yeni təyinatına münasibət bildirən Azər Həsrət bildirib ki, hər zaman məqsədi türklük şüurunun ayaqda qalmasına xidmət etmək olduğu üçün bu təklifi həvəslə qəbul edib. O, bu işdə Azərbaycanı ən uğurlu şəkildə təmsil etməyə çalışacağını, Türkiyə və Azərbaycan, eləcə də digər türk dövlət və topluluqları arasında daha bir körpü rolunu oynamağa davam edəcəyini deyib.