Press "Enter" to skip to content

“Qələbənin sədası” konserti

Bayraqdar.info – Təhsil Nazirliyinin təşkilatçılığı ilə 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Qələbənin sədası” adlı konsert keçirilib.

Xəbər bayraqdar.info-ya Təhsil Nazirliyindən verilib.

Tədbirin keçirilməsinin əsas məqsədi 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü naminə canından-qanından, sağlamlığından keçən müzəffər orduya, Azərbaycan əsgərinə olan sonsuz minnətdarlıq duyğusunun təzahür etdirilməsi olub. Zəfər gününün sevincini müxtəlif bölgələrdən olan Vətən müharibəsi iştirakçısı və qazisi olan təhsil işçiləri, onların ailələri ilə birlikdə qeyd edilməsi tədbiri daha da maraqlı edib.

“Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yüzillik yubileyi tarixinə təsadüf edən konsertin proqramı Akademiyanın beynəlxalq müsabiqələr laureatları və prezident təqaüdçüləri olan istedadlı tələbələri tərəfindən hazırlanıb. Proqramda vətənpərvərlik mövzularında bəstələnmiş mahnı və musiqilər səsləndirilib. 30 ilədək düşmən əsarəti altında qalmış tarixi torpaqları azad etməsi ilə xalqın tarixində yeni qəhrəmanlıq salnaməsı yazan rəşadətli Azərbaycan ordusunun keçdiyi Zəfər yolu musiqi ilə tərənnüm edilərək, mahnılarda vəsf edilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.