Bayraqdar.info – Dünya şöhrətli alim Əziz Sancar Şuşaya getmək və orada məsciddə namaz qılmaq arzusundadır. Bu barədə o, ABŞ-ın Şimali Karolina ştatında keçirilən tədbir zamanı bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bayraqdar.info-ya noyabrın 7-də verilən məlumata görə, ABŞ-ın Şimali Karolina ştatının Chapper Hill şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.
Tədbir zamanı Nobel mükafatçısı Əziz Sancara təltif edildiyi “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” təqdim olunub.
Mükafatı dünya şöhrətli alimə Prezident İlham Əliyevin tapşırığı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təqdim edib.
Əziz Sancar mükafata görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib, Şuşaya getmək və orada məsciddə namaz qılmaq arzusunu dilə gətirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 10 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə Əziz Sancar “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilib.