Press "Enter" to skip to content

Musiqili Teatr hərbi hissədə qonaq oldu

Son yeniləmə: 7 Noyabr 2021 14:46

Bayraqdar.info – 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirib.

Bu barədə bayraqdar.info-ya noyabrın 7-də Teatrdın Mətbuat xidmətindən məlumat verib.

“Ordum varsa, yurdum var” adlı tədbir Qarabağ Müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlanılıb. 44 günlük Zəfər tarixinin ən şanlı səhifəsi – Qələbədən söhbət açılıb.

“Daha sonra Teatrın repertuarından dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarından parçaları teatrın aktyorları Əməkdar artist Ələkbər Əliyev, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Şaban Cəfərov ifa ediblər.

“Tədbirdə gənc rejissor Elməddin Dadaşovun quruluşunda müxtəlif səhnəciklər, Əjdər Dadaşovun səhnələşdirdiyi komik miniatürlər də aktyorların təqdimatında maraqla qarşılanıb.

“Bayram əhval-ruhiyyəli bu görüşdə balet artistləri Aynurə Əsgərova, Kamran Həsənov, eləcə də digər iştirakçıların nümayiş etdirdikləri şən rəqslər görüş iştirakçılarına xoş ovqat bəxş edib.

“Teatrın solisti Şaban Cəfərov, xor artisti Vüsal İsrafilov və teatrın ən gənc aktyoru Rahib Məmmədzadənin ifaları da alqışlarla qarşılanıb.

“Görüşün sonunda hərbi hissənin rəhbərliyi tərəfindən Teatrın direktoru, Əməkdar İncəsənət xadimi Əliqismət Lalayevə və teatrın kollektivinə hərbçilərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və mənəvi – psixoloji vəziyyətinin yüksəldilməsində daim yaxından iştirak etdiklərinə görə şəxsi heyətin minnətdarlığı bildirilib və iştirakçılara təşəkkürnamə təqdim edilib.” Məlumatda belə qeyd edilir.

Mission News Theme by Compete Themes.